Zelenski Konqresin nümayəndələri ilə görüşdü

zelenski-konqresin-numayendeleri-ile-gorusdu
Oxunma sayı: 1746

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.

O bildirib ki, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin onlara Ukrayna ordusunun prioritet ehtiyacları və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyası barədə məlumat verib.