Zelenski Rusiya televiziyasına ilk müsahibəsini verdi

zelenski-rusiya-televiziyasina-ilk-musahibesini-verdi
Oxunma sayı: 1887

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı jurnalistlərə ilk geniş müsahibəsini verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Lenta.ru” saytı yazıb.

Həmin müsahibə dekabrın 15-də “Rossia 1” telekanalının “Moskva. Kreml. Putin” proqramında efirə gedəcək.

“Əsəs odur ki, biz hamımız ünsiyyət qurmağa başladıq”, - Zelenski müxbirə deyib.

Daha əvvəl Zelenski rusiyalı jurnalistlərlə danışmaq istəmədiyini bildirmişdi. Prezident bunu “Ukraynanın müstəqilliyinə müsbət yanaşmayan” bütün KİV-lərə cavab verməyə vaxtının olmamağı ilə izah etmişdi.