Zelenski Ukraynada milli matəm elan etdi

zelenski-ukraynada-milli-matem-elan-etdi
Oxunma sayı: 4171

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov şəhərindəki qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, sənəd dövlət başçısının saytında dərc olunub.

“21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş vermiş və insan tələfatına səbəb olmuş yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərara alıram:  23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun", - fərmanda deyilir.

Fərmana əsasən, matəm günü Ukraynanın bütün ərazisində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, dövlət müəssisələri, idarələri və təşkilatlarının binalarında dövlət bayraqları endiriləcək, əyləncə və konsert tədbirləri ləğv ediləcək, televiziya və radio verilişlərində müvafiq dəyişikliklər ediləcək.