Zelenski və yunan nazirin kortecinə raket hücumu edildi

zelenski-ve-yunan-nazirin-kortecine-raket-hucumu-edildi
Oxunma sayı: 5183

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfər edərkən şəhərə raket zərbəsi endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Today-UA” məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Ukrayna prezidentinin avtomobil karvanını hədəfə alıb. Partlayış Baş nazir Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib.

Məlumata görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç kəs xəsarət almayıb.

Zelenski Odessada keçirilən mətbuat konfransında raket hücumundan danışıb:

“Hələlik bütün təfərrüatdan xəbərdar deyiləm, amma bilirəm ki, ölənlər və yaralılar var”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında raket hücumu ilə bağlı paylaşım edib. Paylaşımda bu sözlər yer alıb:

“Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək”.