“Qafqazinfo” xəbər verir ki, A.Mirzəzadə gənclərin sosial şəbəkələrdə apardığı "10 ən sevimli kitab" aksiyasına elə Facebook hesabında münasibət bildirib:
“Aksiya qısa bir zamanda dəstək aldı və çox sayda gənclər öz sevimli kitablarının adlarını bir-biri ilə bölüşməyə başladılar. Siyahılarla tanışlıq gənclərimizin yüksək intellektual səviyyəsindən, onların biliyə və mədəniyyətə, mənəvi dəyərlərə böyük marağından xəbər verirdi. Çox sevindiricidir ki, məhz gənclərimiz kitab sevgilərini ortay qoydular, cəmiyyətə yeni bir əhval-ruhiyy, yenilnmiş bir düçüncə gətirdilər”.
YAP funksionerinin gənclərin bu aksiyasında xoşlamadığı cəhət milli yazıçıların siyahıda olmamasıdır: “Ancaq bununla belə siyahılarla tanışlıq gənclərimizin kitab sevgilərində böyük bir qüsurlarının olduğunu ortaya çıxardı.
Siyahılarda Azərbaycan ədəbiyyatının nümunələri ya cüzi, ya da heç səviyyəsində idi.
Belə qənaətə gəlmək olur ki, ya gənclərimiz Azərbaycan ədəbiyyatının nümunələri ilə tanış deyillər, ya da onları siyahıda göstərmək dəbdə deyildir.
Mənim dünya ədəbiyyatının korifeylərinə heç bir iradım yoxdur, onların əsərlərini oxumuşam və onları sivilizasiyanın ən qiymətli dəyərlərindən hesab edirəm. Gənclərimizin onların əsərləri ilə tanışlığını ziyalılığın vacib şərti kimi qəbul edirəm və onların bu sahədə məlumatlılığı məni ürəkdən sevindirir.
Ancaq bütün dünyanın qəbul etdiyi Nizami Gəncəvinin, Məhəmməd Fizulinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun, Çingiz Abdullayevin adlarının heç bir siyahıda çəkilməməsi məni çox narahat eləyir. Hələ mən gənclərimizin Molla Pənah Vaqif, İsmayıl Qutqaşenli, Abbas Səhhət, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Bəxtiyar Vahabzadə, Fikrət Qoca sayqısızlığını demirəm. Əliağa Vahidin, Hüseyn Arifin, Sabit Rəhmanın, Anarın isə bizlərdən inciməyə tam haqları vardır.
Müasir şairlərdən Zəlimxan Yaqubu, Musa Urudu, Ramiz Rövşəni tanıyan varmı ? Həmidə Ömərovanın hekayələrini oxuyan neçə nəfərdir ? Gənc və istedadlı yazıçı Varisin adını eşdiblərmi, maraq xatirinə oxuyublarmı?
Bunlar və yüzlərlə yenə dəyərli şair və yazıçılarımız xalqımızın mədəni və mənəvi sərvətidir. Onlara bizlər sahib çıxmasaq, təbliğ və fəxr etməsək , bunu bizim əvəzimizə heç kim etməyəcəkdir. Tarix azərbaycan xaqlıqının böyük potensialını artıq qəbul edibdir və ədəbiyyatımıza sahib çıxmaqla biz ilk növbədə öz adımıza sahib çıxmış oluruq.
İstedadlı Azərbaycan şairi Məhəmməd Hadi zamanında belə bir fikir işlətmişdi :"Yox millətimin imzası imzalar içində!". Bu gün imzamız vardır, ancaq bu sözü deyənin özünün adı adlar içində yoxdur”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər