Xəbər verdiyimiz kimi, Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb.
“Qafqazinfo”nun məlumatına görə, cansız bədənin 1986-cı il təvəllüdlü Saqib Quliyevə məxsus olduğu müəyyən edilib.
Yaxınları onun qətlə yetirildiyini iddia edir:
“Biz şəhərdə yaşayırıq. Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar. Biz də ordayıq.
Abırlı idi. Kiminləsə davası olan uşaq deyildi. Heçkəsə ilişib, sataşmazdı”.
Məlumata görə, mərhum evli olub. İki övladı qalıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev
Fotoda: Saqib Quliyev

Son xəbərlər
Son Xəbərlər