“Zeytun budağı” əməliyyatının 8-ci günü - Rəqəmlər açıqlandı

zeytun-budagi-emeliyyatinin-8-ci-gunu
Oxunma sayı: 3371

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” adlı əməliyyatın 8-ci günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 42 hədəf məhv edilib.

Əməliyyatlarda 22 təyyarə iştirak edib.

8 gün ərzində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçuların sayı isə 394-ya çatıb.

Türkiyə ordusu 2 şəhid verib, daha 11 hərbçi xəsarət alıb.