Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları - Fotolar

ziya-memmedovun-oglunun-londondaki-luks-restoranlari
Oxunma sayı: 16014

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, jurnalist-bloqer Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib. 

Həmçinin oxuyun: ТуранБанк совместно с “ASAN Письмо” провели акцию - Фото

Удобное расположение и недорогие квартиры в "Парк Ясамал"!

Сын Огтая Ширалиева подал в отставку

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsini də aldığını açıqlayıb. 

Bundan əlavə C.Həsənli Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib. “ Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”, - deyə bloqer əlavə edib.

O, mövzu ilə bağlı sənədlərin fotolarını da yayıb.

Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun İngiltərəyə etdiyi yatırımlar qarşılığında bu ölkənin vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı.