“Qafqazinfo” xəbər verir ki, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin qızı barəsindədir.
O Əli Nağıyev ki, hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olmaqla uzun müddət mərhum eks-prezident Heydər Əliyevə ən yaxın məmurlar sırasında 1-ci dayanıb.
Əli Nağıyevin iki övladı var. Onun həm qızı, həm də oğlu Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtarıblar. Qızı Moskvada, oğlu Bakıda yaşayır.
Eks-nazirin qəzə Əminə Nağıyeva 2003-cü ildə Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun (MBMİ) Beynəlxalq hüquq fakultəsinin beynəlxal ictimai hüquq bölməsinə daxil olub. 2008-ci ildə həmin bölməni hüquqşünas ixtisası üzrə bitirib və xarici dilləri (fransız, ingilis) bilən beynəlxalq hüquqşünas kimi kvalifikasiya alıb.
Əminə Nağıyeva 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının aspiranturasına daxil olub. 2012-ci ilin martında "Beynəlxalq hüquq. Avropa hüququ" ixtisası üzrə elmi dərəcə almaq üçün "MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalq regional təşkilatların hüquqi statusu" mövzusunda dissertasiya müdafiə edib.
Ə.Nağıyeva 2012-ci ilin sentyabrında Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının müəllimi vəzifəsinə qəbul edilib. Diplomatik və konsul hüquqü üzrə ixtisaslaşan xanım Nağıyeva hazırda MBMİ-nin Beynəlxalq hüquq kafedrasında müəllim işləyir, hüquq elməli namizədir.
Son xəbərlər
Son Xəbərlər