“Ən cətin anlarda qacan insan eks-prezident deyil”- Mövqe

en-cetin-anlarda-qacan-insan-eks-prezident-deyil-movqe
Oxunma sayı: 779

Hörmətli sədr!
Hörmətli deputatlar!
Uzun illər boyu bu salonda Ayaz Mütəllibov və Əbülfəz Elcibəy haqda cox kəskin və təhqiramiz cıxışlar səslənib. Lakin cox təəsüflər olsun ki, bu gun bir cox insanlar öz cıxışlarını başqa notlar uzərində qururlar. Mən də jurnalist fəaliyyətim dövründə Ayaz Mutəllibov və Elcibəy haqda tənqidi fikirlər soyləmişəm, ancaq bir coxlarindan fərqli olaraq mən söylədiklərimin hamisinin ustundə indi də dururam. Və bu gun də mənim anlamımda öz xalqını ən cətin anlarda meydanda tək qoyub, gecəynən təyyarəyə minib naməlum istiqamətdə qacan insan eks- prezident deyil, fərari adina layiqdir. Mən də o fikirlə həmrəyəm ki eks- prezident adina o şəxs layiq olmalidir ki, o bu şərəfli və ali vəzifəni sona qədər ləyaqətlə icra edə bilsin. Axi ortada ən azindan Heydər Əliyev nümunəsi var həm də . Milli liderimiz ən cətin anlarda xalqa üz tutub ona sigindi. Uzərinə xüsusi təyinatli dəstələr, başipozuq quldurlar gələndə belə qorxmadi, cəkinmədi. Bir coxlari kimi qacib getmədi. Indi biz hansi haqla Heydər Əliyevi Ayaz Mütəllibov və ya Elcibəylə bir statusa cixaririq. Mən bunu ədələtsizlik hesab edirəm və bununla barışa bilmərəm. Və məhz bu ədalətsizliyə etiraz əlaməti olaraq da bu qanun lahiyəsinin əleyhinə səs verəcəyəm. Bu gunki iclas həm də bir tarix, bir statistikadir. Mən həm də ona görə bu qanunun aleyhhinə səs verəcəyəm ki, sabahlari Ayaz Niyazovic qürrələnərək deməsin ki, bir vaxtlar məni söyən,təhqir edən parlament indi də yekdilliklə və ya böyök səs coxluğuyla məni eks prezident kimi tanidi və mənə yüksək təminatlar verdi. Bu gün Ayaz Mütəllibovun əməllərindən cox yumuşaq danışilır, onun bağişlanmasini söyləyirlər. Amma bu adamin qətiyyətsizliyi ucbatindan yüzlərlə insan həlak olub, minlərlə insan yurd-yuvasindan didərgin salinib. Azərbaycanin bütövlüyü, mövcudiyyəti sual altinda qalıb. Bu günkü qanun qəbul olunarsa Mütəllibov ayda təxminən 11200 manat vəsait alcaq. Bu onun həmin səriştəsiz prezidentliyi nəticəsinədə həlak olmuş, əlil olmuş, yurd-yuvasindan didərgin salinmiş insanlarin az qala on illik aldiği yardima, təqaüdə bərabərdir. Azərbaycanin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canindan kecmiş, əlil olmuş insanlar var ki, indi cüzi təqaüd alirlar. Hansi haqla Ayaz Mütəllibov 11200 manat pul almalidir. Hansi xidmətinə, hansi fəaliyyətinə görə? Məhz bu ədələtsizliklərə görə də mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Ayaz mütəllibov ölkəyə gələ də bilər, ömrünün son illərini burada yaşaya da bilər. Mən onun azərbaycana gəlişinin əngəllənməsi və tutulmasinin tərəfdari deyiləm. Bu günkü qanunun qəbulu da ölkdə vətəndaş həmrəyliyinin, milli birliyin yaradılmasina xidmət edən bir sənəddir. Ancaq mən həmişə Ayaz Mütəllibova eks-prezident statusunun verilməsinin əleyhinə olmuşam və bu gün də bu fikrimdə qaliram. Hasab edirəm ki, Ayaz Mütəllibov əgər Azərbaycana gəlirsə ilk növbədə Azərbaycanın dövlət başcisina və Azərbaycan xalqina müraciət edib ondan üzr istəməli və əhv diləməlidir. Və məhz bundan sonra ölkəyə gəlib yaşaya bilər.
Diqqətinizə görə təşəkkür edirəm!