"Qafqazinfo" xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
Aqrometeoroloji şərh: İyulun 23-24-də Respublika ərazisində isti və əsasən yağmursuz hava şəraiti gözlənilsə də, iyulun 25-27-də əsasən bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışın düşəcəyi ehtimalı var. Bu da yaylaqlarda ot örtüyünün vəziyyətinə müsbət təsir edəcək. Əksər rayonlarda, xüsusən Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarda isə isti və quru hava şəraiti gözlənilir.
İyulun 24-də gündüz vaxtı havanın maksimum temperaturunun bəzən 38-40 dərəcəyə çatacağı və küləkli hava ehtimalı kənd təsərrüfatı bitkilərinə mənfi təsir göstərə bilər.
Son xəbərlər
Son Xəbərlər