2016-cı ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 daimi rəqəmsal stansiyaların məlumatları əsasında 10104 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərdən 4528-i Azərbaycanda, 3616-sı sərhədə yaxın və 1960-ı isə uzaqda baş verib. Yeraltı təkanların müşahidə edildiyi ən aktiv zona isə Şamaxı-İsmayıllı zonasıdır.
"Qafqazinfo" xəbər verir ki, bu rəqəmləri AzərTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli acıqlayıb.
Son bir neçə ildə ən çox zəlzələ 2015-ci ildə baş verib və 4800 təkan qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ötən il baş verən zəlzələlərin sayında əvvəlki ilə nisbətən azalma müşahidə olunub.
Son xəbərlər
Son Xəbərlər