Bakı klubu “Verder”lə qarşılaşacaq

baki-klubu-verderle-qarsilasacaq
Oxunma sayı: 30683

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçəcək “İnter”in planı bəllidir.

“Qafqazinfo” xəbər verir ki, “bankirlər” yanvarın 4-dən 23-nə kimi Bələk bölgəsində məskunlaşacaq.

Paytaxt təmsilçisi burada 4 qarşılaşmaya çıxacaq. İlk oyun yanvarın 13-də Almaniya təmsilçisi “Verder”in 3-cü Budnesliqada mübarizə aparan 2-ci komandasına ("Verder II") qarşı baş tutacaq. Zaur Svanadzenin yetirələri digər matçlarını 16, 20 və 23 yanvar tarixlərində keçirəcək. Həmin oyunlardakı rəqiblər isə hələ bəlli deyil. “Göy-ağlar” yanvarın 23-dəki görüşdən sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, “İnter” Topaz Premyer Liqasının ilk yarısını 2-ci pillədə başa vurub.