5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılıb öldü

5-yasli-usaq-12-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 1025

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 30-da saat 17 radələrində Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü Polad Rövşən oğlu Məmmədov qonaq olduğu X.Dadaşovanın yaşadığı C.Naxçıvanski küçəsi 89 ünvanındakı çoxmərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Ehtiyatsızlıqdan yıxılan azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.