Milli Məclisdə Avropa Parlamenti ilə bağlı qərar üçün komissiya yaradıldı

milli-meclisde-avropa-parlamenti-ile-bagli-qerar-ucun-komissiya-yaradildi
Oxunma sayı: 408

Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün komissiya yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Komissiyanın rəhbəri vitse-spiker Ziyafət Əsgərov, üzvləri isə Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayevadır.

Nuranə Daxilqızı