“Yanacaq qiymətləri yüksək qalmağa davam edərsə, Avropanın bəzi aviaşirkətləri payıza qədər müflis ola bilər”.
“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın “Ryanair” aviaşirkətinin baş direktoru Maykl O'Liri bildirib.
“Əgər iyul, avqust və sentyabrda neftin qiyməti barel üçün 150 dollar olarsa, Avropa aviaşirkətləri müflis olacaq”, - o deyib.
Bununla belə, O'Liri rəhbərlik etdiyi şirkətin, heç nəyə baxmayaraq, qiymətləri artırmayacağını bildirib.
“Biz Avropada ən qorunan və diversifikasiya olunmuş aviaşirkətik. Zəmanət verə bilərik ki, yayda tədarüklərlə nə baş verməsindən asılı olmayaraq, nə qiymət artımı, nə də yanacaq qiymətlərinin sıçrayışı üçün əlavə ödənişlər olmayacaq”, - O'Liri əlavə edib.
Xatırladaq ki, aprelin ortalarında Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol qitədə təyyarə yanacağı ehtiyatlarının təxminən altı həftəlik qaldığını açıqlamışdı. Almaniyanın “Lufthansa” aviaşirkəti isə artan təyyarə yanacağı qiymətləri fonunda təxminən 20 min qısaməsafəli reysi ləğv edib.
Son xəbərlər
Son Xəbərlər