“Bunu hər şagirdə bir kompüterin düşməsi səviyyəsinə çatdırmaq istəyirik”

bunu-her-sagirde-bir-komputerin-dusmesi-seviyyesine-catdirmaq-isteyirik
Oxunma sayı: 795

“Hazırda məktəblərin 63%-i və şagirdlərin 82%-i genişzolaqlı internet şəbəkəsinə qoşulub. Növbəti mərhələdə bütün məktəblərə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması və gücləndirilmiş texniki dəstək təmin olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, təhsilin rəqəmsallaşdırılması sürətlə aparılır: “6 şagirdə bir kompüter düşür. Biz bunu hər şagirdə bir kompüterin düşməsi səviyyəsinə çatdırmaq istəyirik”.

Fidan Etibar