“Bu, elə ədalətli nəticə idi”

bu-ele-edaletli-netice-idi
Oxunma sayı: 763

Bu gün Topaz Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qalıb.

Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov heç-heçəni belə şərh edib:

- Çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq. Rəqib çox istəkli idi. Ümumiyyətlə, bu komanda son vaxtlar öz oyun tərzi ilə seçilir. Buna baxmayaraq, 1 xal qazandıq. Dövrənin sonu olduğundan komandada yorğunluq var. Məncə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Bəzən oyunçular yaxşı oyun sərgiləmədikdə onların üzərinə çox getmək lazım deyil. Belə xal itkiləri həmişə olacaq. Mənə "Qəbələ"nin xal itkiləriylə bağlı sual veriləndə də, bundan heç kimin sığortalanmadığını demişdim.

- Rəqibin müdafiə futbolu oynaması işinizə nə dərəcə təsir etdi?

- Rəqibdən belə oyun gözləyirdim. Erkən qol buraxmağımız işimizi çətinləşdirdi.

- Puponun meydandan qovulması hakimin səhvi idi, yoxsa Puponun?

- Məncə bu, heç kimin səhvi deyildi. Oyunun epizoduna baxdıqdan sonra dəqiq fikir bildirmək olar. Məncə, Pupon həmin epizodda qaydanı bilərəkdən pozmadı.

- Maksimi son oyunlarda sol cinahda oynadırsız. Onun bu mövqedəki oyunu sizi qane edir?

- Bəli, onun oyunundan razıyam. Maksim komandanın təcrübəli üzvlərindən biridi. Onun həm sol, həm də sağ cinahdakı oyunundan razıyam.