"Bu, elə heç-heçəlik oyun idi" - Şahin Diniyev

bu-ele-hec-hecelik-oyun-idi
Oxunma sayı: 668

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.

"Qafqazinfo" xəbər verir ki, "Kəpəz" doğma meydanda "Neftçi" ilə 1:1 bərabərə qalıb.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmadan sonra ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev "CBC Sport"a açıqlamasında heç-heçəni belə şərh edib:"Əsgər Abdullayev yaxşı komanda hazırlayıb. Bu vaxt ərzində "Neftçi" mobil komandaya çevrilib. Onlara qarşı oynamaq bizim üçün çətin idi. Bu, elə heç-heçəlik oyun idi. "Neftçi"ni də, yaxşı komandasına görə Əsgər müəllimi də təbrik edirəm. Doğrudan da həm onlar, həm də biz çətinlik çəkdik. Hər ikimiz bu xala layiq idik". 

Təcrübəli mütəxəssis oyundakı iki qırmızı vərəqə ilə bağlı isə bu sözləri deyib: "Yəqin epizoda hakim daha yaxın idi. Ona görə də qərarlara hörmətlə yanaşıram".