“Bu oyunun nəticəsi komandanın taleyinə təsir edəcəkdi”

bu-oyunun-neticesi-komandanin-taleyine-tesir-edecekdi
Oxunma sayı: 740

“Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. Topaz Premyer Liqasının XVII turunda “Xəzər Lənkəran”ın qonağı olan Gəncə klubu meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirən Diniyev qələbəni şərh edib: “Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydanda yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”.