Cavid İmamverdiyevin yubiley şərhi

cavid-imamverdiyevin-yubiley-serhi
Oxunma sayı: 740

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, "Kəpəz" doğma meydanda "Neftçi" ilə 1:1 bərabərə qalıb.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmadan sonra paytaxt təmsilçisinin yarımmüdafiəçisi, bu iki komanda arasındakı yubiley - 100-cü qolu vuran Cavid İmamverdiyev "CBC Sport"a açıqlamasında bu sözləri deyib: 

“Qeyd etdiyiniz kimi, “Nefçi”  və “Kəpəz” arasındakı oyunlar həmişə ajiotajlı keçib. Matçda qırmızı vərəqlər də oldu. Ola bilər, hansısa epizodda səhv vardı, ya da yoxdu. Bu bana hakim-inspektor daya yaxşı qiymət verə bilər. Çox yaxşı mübarizə oldu. Meydançanın vəziyyəti elə də yaxşı deyildi. Sevinirəm ki, yubiley qolunu vurdum. Özü də tarixi klubların oyununda bunu etmək çox gözəl hissdi. Hər iki komandanın da yaxşı oyuna görə təbrik edirəm” .