“Ehtimalla danışmayaq…” - Qay

ehtimalla-danismayaq-
Oxunma sayı: 749

Topaz Premyer Liqasında XVIII tura start verilib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ" doğma meydanda "Qəbələ" ilə 1:1 bərabərə qalıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan qonaq komandanın ukraynalı yarımmüdafiəçisi Aleksey Qay sualları cavablandırıb:

- Erkən qol vursanız da, qələbə hesabını qoruya bilmədiniz...

- Qələbə qazana bilərdik. Reallaşdıra bilmədiyimiz epizodlar oldu. “Qarabağ”ın topla yaxşı davranması bizə əlavə çətinlik yaratdı. Artırmağımız gərəkən məqamlar var.

- Qış fasiləsinə qədər olan dövrü necə qiymətləndirirsən? Çünki mövsümə yaxşı başlasanız da, sonradan xallar itirdiniz.

- Futbolda belə anlar olur. Üstəlik yeni yığılmış komandayıqsa, bu qaçılmaz haldı. Hər oyunda qələbə qazanmağımız mümkün deyil. Toparlanmalı, vahid komanda şəklində olmalıyıq.

- Rəqib komandadakı həmkarın Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçilən zaman sizin adınızı çəkmişdi. Siz özünüzü ən yaxşı hesab edirsinizmi?

- Almeyda bu titula layiqdi. Onu təbrik edir, uğurlar arzulayıram.

- Yarımmüdafiə xəttində yer alan futbolçular yorğun görünürdülər. Xüsusilə də, əks-hücumlara qoşulmaqda çətinlik çəkirdiniz. Bunu nə ilə əlaqələndirirsiz?

- Yorğunluq var idi, amma futbolçunun işi təqvimə uyğun oyunlara çıxmaqdı, verilən tapşırıqları yerinə yetirməkdi. Kənardan necə görünürük, deyə bilmərəm. Amma yorğunluqdan şikayət etməməliyik.

- Penalti epizodundan yararlana bilmədiniz. Bu anı həlledici hesab etmək olarmı?

- Görürsüz, əgər deyirik. Bəlkə mən vursam, yenə qol olmayacaqdı? Ehtimalla danışmayaq.

- Bu matçda 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Fikrimcə, 2 xal itirdik.