Əsgər Abdullayevdən qələbə şərhi

esger-abdullayevden-qelebe-serhi
Oxunma sayı: 1269

Bu gün Topaz Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev qələbə barədə mətbuata açıqlama verib.

“Bu gün yaxşı oynadıq. Futbolçular yaxşı oyun göstәrdilәr. Verilәn tapşırıqları yerinә yetirdilәr. Buna görә dә qalib gәldik”.

- Komanda hәm Lәnkәranda 8 illik uğursuzluq seriyasın qırdı, hәm dә qәlәbә qazandı. Növbәti oyunlara motivasiya olunmağa bu qәlәbәnin rolu olacaq...

- Bir komanda hәmişә uduzursa, motivasiya olmur. Ümid edirәm ki, bundan sonra daha yaxşı olacaq.

- "Neftçi"yә yeni futbolçular lazımdır, yoxsa bu heyәtlә yüksәk yerlәr üçün mübarizә apara bilәrsiz?

- "Neftçi"dә yaxşı yerli futbolçular var. Hәm gәnclәr, hәm dә tәcrübәlilәr bizә kömәk edә bilәrlәr. Amma yenә dә futbolçu lazımdır. Elә mövqelәr var ki, onlar güclәndirilmәlidir.

- Samir Әliyev Samir Mәsimovla Mәhәmmәd Qurbanovu әvәzedici heyәtә göndәrmişdi. Amma onlar bu gün meydana çıxdılar. Samir Әliyev onları göndәrmәklәr sәhv addım atmışdı?

- Yox demirәm sәhv addım atmışdl. Lakin futbolçular bir müddәt orda qaldıqdan sonra yenidәn döndülәr. Dönüblәrsә, demәli әsas heyәtә xeyir verә bilәrlәr. Amma bunun Samir Әliyevin qәrarlna aiddiyytı yoxdur.

- Qәlәbәdә tәcrübәniz nә qәdәr rol oynadı?

- Bizim әsas mәqsәdimiz mәnfi әhval-ruhiyyәni aradan qaldırmaq lazım idi. Fikrimcә, bu qәıәbәnin tәsiri olacaq.

- Siz hәmişә müdafiәyә meyilli taktika ilә seçilmisiz. "Neftçi"dә hücum futbolu olacaq?

- "Neftçi" hücum futbolu oynaya bilәr. Dәdә Qorqudun belә deyimi var: Torpağı qoruyursansa, becәr, becәrmirsәnsә, niyә qoruyursan? Әn düzgünün "Neftçi" üçün edәcәyik.

Elsevər