“Fərdi səhvlərdən qol buraxdıq” - Yunis Hüseynov

ferdi-sehvlerden-qol-buraxdiq
Oxunma sayı: 792

“Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. Topaz Premyer Liqasının XVII turunun “Kəpəz”lə ev oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verən mütəxəssis komandasından narazılığını bildirib: ““Kəpəz” layiq olduğu qələbəni qazandı. Öz komandamın çıxışımızdan razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”.