“Futbolçularım hücuma keçmək istəyirdilər, amma…”

futbolcularim-hucuma-kecmek-isteyirdiler-amma
Oxunma sayı: 742

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:

”Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı. Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.