Gəncədəki davanın cəriməsi açıqlandı - 5000 manat

gencedeki-davanin-cerimesi-aciqlandi
Oxunma sayı: 1444

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.

“Sumqayıt” – “Rəvan” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin oyunun 73-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

“Kəpəz” – “Neftçi” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ferraro Silva Aylton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 2000 manat məbləğində cərimələnib. Oyun başa çatdıqdan sonra “Kəpəz”in bir qrup fanatı qonaq komandanın azarkeşlərinə daş atıb. Bu səbəbdən də Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə kluba 5000 manat cərimə kəsilib.

“İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə kluba 1000 manat cərimə kəsilib.