“Hәr dәfә eyni şeylәri demәkdәn bezmişәm” - Yunis Hüseynov

hr-df-eyni-seylri-demkdn-bezmism
Oxunma sayı: 1137

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur.

“Qafqazinfo”nun məlumatına görə, AZAL doğma arenada “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib.

”AZAL Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:

”Bu gün komandadan narazı qaldım. Maraqsız, cansıxıcı oyun idi. Mәn hәr dәfә eyni şeylәri demәkdәn bezmişәm. Uşaqlar da eyni sәhvlәri etmәkdәn beziblәr. Rәqib bizim individual sәhvlәrimizdәn istifadә etdi. Qol da individual sәhvdәn vuruldu. Komandam yaxşı olsaydı, deyәrdim yaxşı oynadı. Rәhbәrliklә komandanın taleyi barәdә danışmamışıq. Komanda belә davam edә bilmәz. Yәqin ki, dәyişikliklәr olacaq. Çünki bu vәziyyәt әsәbimizә toxunur”.