“Hakimə minnətdaram” - Bəhmən Həsənov

hakime-minnetdaram-
Oxunma sayı: 977

“Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm”.

“Qafqazinfo”nun xəbərinə görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qəbələ” ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

“İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq” - deyə o bildirib.