““İnter”də qalmaq niyyətindəyəm” - Svanadze

interde-qalmaq-niyyetindeyem
Oxunma sayı: 675

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər Lənkəran" üzərində 2:0 hesablı qələbədən sonra "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, gürcü mütəxəssis daha çox komandasının qarşıdakı planları barədə danışıb:

“Mövsümün ilk yarısınının yekunundan razıyam. Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi. Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq”.

- Maliyyə durumunuzu nəzərə alaraq, əksər futbolçularla qışadək müqavilə imzalanıb. 18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur?

- Ola bilər bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın.

- Rəhbərliklə gələcək barədə söhbətiniz olub?

- Olub. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək.

- UEFA-nın məlum qərarından sonra avrokubokda oynamaq şanslarınız şübhə altına alır. Bu, motivasiyanıza təsir etmir?

- Məndəki məlumata görə bu yöndə işlər müsbət həll olunacaq.

- Qışda "İnter"dən ayrılmaq niyyətiniz yoxdu?

- Xeyr. Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin.