"Komanda fәaliyyәtini davam etdirәcәk" - Svanadze

komanda-faliyytini-davam-etdirck-svanadze
Oxunma sayı: 1412

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, "Qarabağ" doğma meydanda "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:

"Baş vermiş faciəylə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə isə yaxşı oynamadıq. Ötürmələrdə çoxlu səhvlərə yol verdik. Zədəli oyunçularımız var. Çalışacağıq ki, gələn oyunlarda bu səhvləri aradan qaldıraq".

- Bu oyunda təkcə ötürmələrdən narazı qaldız?

- Sadə ötürmələrdə səhvlər edirdik. Komandada mübarizə də çatmırdı.

- Komandadakı vəziyyətlə bağlı nə deyə bilərsiz?

- Bildiyim qədər ilə komanda fəlaiyyətini davam etdirəcək.