"Komandam sәbrli oynadı" - Qurban Qurbanov

komandam-sbrli-oynadi-qurban-qurbanov
Oxunma sayı: 1024

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, "Qarabağ" doğma meydanda "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

"Güclü komandaya qarşı oynadıq. Komandam səbrli oynadı. Bunun da nəticəsində bizə lazım olan qələbəni qazandıq. Rəqibə gələn oyunlarda uğurla arzulayıram" .

- "Qarabağ" "Anderlext"lə oyuna nə dərəcədə hazırdı?

- Bu oyuna var gücümüzlə çalışırıq. Ən kiçik şansımız varsa belə, bundan maksimum istifadə edəcəyik. Bu oyunda komandaya əlavə psixoloji hazırlıq lazım olmayacaq. Oyunçular hamısı bu matçın əhəmiyyətini dərk edir.

- Əfran İsmayılovun çıxışı bağlı nə deyə bilərsiz? Onda sanki son zərbələr çatışmır.

- Hər bir oyunçu bizim üçün dəyərlidi. Ola bilsin, onda sizin dediyiniz keffiyyətlər yoxdu. Ancaq o, hazırda komandada ən yaxşılardandı. Bizim üçün ən əsas onun sağlam olmasıdı.

- Emil Balayevin "Qarabağ"a keçəcəyi deyilir. Bununla bağlı nə deyə bilərsiz?

- Bildiyim qədər ilə o, hazırda Almaniyadadı ("Ayntraxt" Frankfurt).