“Kubokdan əlimizi üzdükdən sonra...”

kubokdan-elimizi-uzdukden-sonra
Oxunma sayı: 1083

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turunda "Xəzər Lənkəran"la matç öncəsi fikirlərini bildirib.

“Qafqazinfo”nun klubun saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, "Xəzər Lənkəran"a Azərbaycan kubokun 1/8 final mərhələsində uduzduqları oyundan fərqlənəcək bir matç olacaq:

“Kubok matçını ciddiyə almadıq. Həm də ki, zədəli və yorğun futbolçularımız vardı. Əsas heyətin üç üzvünə istirahət vermişdik. Düzdür, fasilədən sonra heyəti gücləndirsək də, uduzduq. Bununla belə, uduzmamalıydıq. Kubokdan əlimizi üzdükdən sonra bütün gücümüzü çempionata yönəltmişik. Avropa Liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyət o qədər də asan deyil. Bütün oyunlar bizim üçün çətin keçir. Çalışacağıq ki, son iki turda uğurlu nəticə qazanaq. İlk növbədə Lənkəranda istəyimizə nail olmalıyıq”.