"Mәğlub olmayan komanda yoxdur" - Abdullayev

mglub-olmayan-komanda-yoxdur-abdullayev
Oxunma sayı: 823

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə" ilə 1:1 bərabərə qalıb. 

"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev heç-heçəni belə şərh edib:

“Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb, aradan qaldıraq.Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.