“Maddi problemlərlə komandanı hazırlamaq…”

maddi-problemlerle-komandani-hazirlamaq
Oxunma sayı: 1071

Bu gün Topaz Premyer Liqasında 12-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, "Qəbələ" doğma meydanda "İnter"lə 1:1 bərabərə qalıb.

Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:

“Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.