“Məqsəd Tounkaranı hirsləndirmək idi”

meqsed-tounkarani-hirslendirmek-idi
Oxunma sayı: 807

“Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq. Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub”.

“Qafqazinfo”nun PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Rəvan"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az etiraz etdim. Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq” - deyə o bildirib.