Mərkəzi stadion bu günə qaldı - Foto

merkezi-stadion-bu-gune-qaldi-
Oxunma sayı: 4806

Sabah Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Lakin ev sahibi tərəfdə vəziyyət heç də ürəkaçan deyil.

“Qafqazinfo”nun futbolinfo.az-a istinadən məlumatına görə, cənub klubunun mərkəzi stadionu - matçın keçiriləcəsi arena yaxşı vəziyyətdə deyil. Təqdim edilən fotodan da görünür ki, "ağ-yaşıllar"ın ötən ev oyununda pis durumda olan "Fırtınalar meydanı"nda vəziyyət daha da ağırlaşıb.

Xatırladaq ki, noyabrın 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək "Böyük oyun" adlanan qarşılaşma saat 18:00-da start götürəcək.