“Neftçi” meydana “kaska” ilə çıxacaq - Foto

neftci-meydana-kaska-ile-cixacaq-foto
Oxunma sayı: 1861

Topaz Premyer Liqasının 15-ci turunda "Neftçi" doğma azarkeşləri önündə "Zirə"ni qəbul edir.

“Qafqazinfo” xəbər verir ki, "ağ-qaralar" meydana qoruyucu "kaska" ilə çıxacaq.

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq belə bir addım atılıb.