“Onlara meydan versəydik...” - Diniyev

onlara-meydan-verseydik-
Oxunma sayı: 1068

Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Kəpəz"lə 2:2 bərabərə qalıb.

"Kapital Bank Arena"dakı oyundan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərh edib:

“Maraqlı oyun alındı, “Sumqayıt” komandasına belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, “Sumqayıt” sürətli komandadır, onlara meydan versəydik, “tutulacaqdıq”. İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı”.