"Onlara qarşı oynamaq hәmişә çәtindir" - Adil Şükürov

onlara-qarsi-oynamaq-hmis-ctindir-adil-sukurov
Oxunma sayı: 707

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə" ilə 1:1 bərabərə qalıb.

"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov heç-heçəni belə şərh edib:

“Məlum faciədə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Digər tərəfdən biz gözləyirdik ki, ağır oyun olacaq. “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Sevinirəm ki, “Neftçi” ilə oyuna yaxşı motivasiya olduq və 1 xal qazandıq. Qazanılan xala görə komandaya, “Zirə”dən gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm”.