“Oyuna baxanda 1 xal yaxşı nəticədir” - Adil Şükürov

oyuna-baxanda-1-xal-yaxsi-neticedir-
Oxunma sayı: 725

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" səfərdə "Zirə" ilə 0:0 bərabərə qalıb.

Zirə qəsəbə stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov heç-heçəni belə şərh edib: “Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdu. 1 xal qazandıq” .

- Oyundan öncə 1 xala razı idiniz?

- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda 1 xal yaxşı nəticədi. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də meydana qələbə üçün çıxmışdıq.

- İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiniz ilk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?

- İlk oyunda məğlub olmağımıza səbəb, açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.