PFL 14-ci turun matçlarında kampaniya keçirəcək

pfl-14-ci-turun-matclarinda-kampaniya-kecirecek
Oxunma sayı: 711

Peşəkar Futbol Liqası və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) birgə kampaniya keçirəcək. “Qafqazinfo” xəbər verir ki, həmin kampaniya Topaz Premyer Liqasının XIV turunun bütün görüşlərində baş tutacaq.

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirir. Həmin tədbir bu il ölkə futboluna da sirayət edəcək.

Belə ki, Premyer Liqada iştirak edən klublarımız oyuna “AİDS-ə birgə qalib gələk” pankartı və lentası ilə çıxacaqlar.