Polis “Günəşli” faciəsinin qurbanlarını anmaq istəyənlərə mane oldu - Foto

polis-gunesli-faciesinin-qurbanlarini-anmaq-isteyenlere-mane-oldu-foto
Oxunma sayı: 3984

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ" doğma meydanda "İnter"i qəbul edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu ("Azərsun Arena") keçiriləcək qarşılaşmadan əvvəl polislərlə ev sahibi komandanı dəstəkləyən "Qarabağ ordusu" fan-klubunun üzvləri arasında mübahisə yaranıb.

Belə ki, “Günəşli” neft yatağında baş verən faciə ilə bağlı azarkeşlər banner açmaq istəsə də, polis buna mane olmaq istəyib. Lakin fan-klub rəhbəri Elvin Süleymanovun müdaxiləsindən sonra polislər komandirlərindən icazə almalı olduqlarını bildirib. Həmin şəxs isə bannerdəki yazını gördükdən sonra maraqlı sual verib: "32-ni başa düşdük, bəs 9 milyon nədi?" Ona 9 milyonun azərbaycanlı olduğunu başa saldıqdan sonra isə o, banner açılmasına razılıq verilib.