“Qәbәlә” braziliyalı futbolçu ilә müqavilә imzaladı

qbl-braziliyali-futbolcu-il-muqavil-imzaladi
Oxunma sayı: 922

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb.

“Qafqazinfo” xəbər verir ki, yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək.

2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.