""Qәbәlә"dәn daha yaxşı oynadıq" - Yunis Hüseynov

qbldn-daha-yaxsi-oynadiq-yunis-huseynov
Oxunma sayı: 792

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:

“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb, qərar çıxararlar”.