“Qәbәlә”dәn “Xәzәr Lәnkәran”a - Dәstәk+Foto

qbldn-xzr-lnkrana-
Oxunma sayı: 1393

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ” öz meydanında “Rəvan”ı qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, 1:1 hesablı bərabərliklə başa çatan oyunda azarkeşlər maraqlı pankart açıblar. Onlar ““Qəbələ” oyaqdır, “Xəzər Lənkəran”a dayaqdır” şüarı ilə çıxış ediblər.

Qeyd edək ki, “Xəzər Lənkəran” hazırda ciddi maliyyə böhranı yaşayır. Bununla əlaqədar komandanın güclü futbolçuları klubdan ayrılırlar.