Qapıçı azarkeşləri hədələdi

qapici-azarkesleri-hedeledi
Oxunma sayı: 1228

Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "İnter" matçının ikinci hissəsində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, qonaqların qapıçısı Səlahət Ağayev diqqət mərkəzinə düşüb.

Belə ki, millimizin üzvü matçın sonlarına yaxın topu oyuna gec daxil edib. Onun bu hərəkəti yerli azarkeşlərin ciddi narazılığına səbəb olub. Qarşılaşmanın baş hakimi qolkiperin bu hərəkətini cəzasız qoymayıb, ona sarı vərəqə göstərib. Ağayev isə öz növbəsində ona etiraz edən "Qəbələ" azarkeşlərinə tərəf barmaq uzadaraq, onları hədələyib.