“Qarabağ”dan böyük hesablı qələbə - Video

qarabagdan-boyuk-hesabli-qelebe
Oxunma sayı: 3017

Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində “Qarabağ” “Kəpəz”i qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, oyunda Ağdam klubu 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Kəpəz” 6 oyundan sonra meydanı məğlub tərk edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada qollar aşağıdakı ardıcıllıqla vurulub:

Çumbinyo, 36 (1:0), Dani Kintana, 84 (2:0), Riçard Almeyda, 86 (3:0).