“Qarabağ”dan qələbə

qarabagdan-qelebe
Oxunma sayı: 1094

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına start verilib.

“Qafqazinfo”nun məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Lider “Qarabağ” doğma azarkeşlər önündə AZAL-la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Oyunda vurulan qolların müəllifləri Əfran İsmayılov, 49 (1:0) və Raydell Pupondur 90+2 (2:0).

Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.