“Qarabağ”ın qapıçısı azyaşlı həmkarlarını ziyarət etdi - Foto

qarabagin-qapicisi-azyasli-hemkarlarini-ziyaret-etdi
Oxunma sayı: 803

“Qarabağ”ın qolkiperi İbrahim Sehiç Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək vətəni Bosniya və Herseqovinaya yollanıb.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı qolkiper öz ölkəsində qapıçı məktəblərindən birini ziyarət edərək orada olan uşaqlara uğurlar arzulayıb.