““Qarabağ”ın qapısı Muaremin üzünə həmişə açıqdı” - Qurbanov

qarabagin-qapisi-muaremin-uzune-hemise-aciqdi-
Oxunma sayı: 1681

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" öz meydanında "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

- Bu gün çox vacib 3 xal qazandıq. Oyun bizim üçün çətin keçdi. Rəqib yaxşı müdafiə olundu. Son 15 dəqiqədə açıq oyun getdi. Şahin Diniyev yaxşı komanda qurub. Ona və komandasına gələn oyunlarda uğurlar arzulayıram.

- Armenterosun oynamamasına səbəb nə idi?

- Onun zədəsi var. "Rəvan"la oyunda zədələnib. Ancaq elə də ciddi bir şey yoxdu. Sabahdan komandada məşqlərə başlayacaq.

- Muarrem "Əskişəhərspor"dan ayrılıb. O, yenidən "Qarabağ"ın şərəfini qoruya bilər?

- Muarem həmişə ən çox sevdiyim oyunçulardan biri olub. Ancaq hazırda bu barədə düşünmürük.

- Rəşad Sadıqovun zədəsi nə yerdədi?

- "Tottenhem"lə oyunda meydana çxıa bilər.

- "Qarabağ"da parlayan oyunçular klubdan ayrıldıqdan sonra ulduzları sönür. Bunun səbəbi nədi?

- Biz komandaya oyunçu seçiminə çox ciddi yanaşırıq. Düşünmürəm ki, həmin oyunçular yeni komandasında digərlərindən zəif olub. Ola bilsin, komandanın oyun stilinə uyğun gəlməyiblər.

- Bu gün "Qarabağ"da Muaremə ehtiyac var?

- Nə qədər çox oyunçu olsa, bir o qədər yaxşıdı. "Qarabağ"ın qapısı Muaremin üzünə həmişə açıqdı.

- Demək olar ki, bu oyunda "Qarabağ" oyunçularının fərdi ustalığı sayəsində qalib gəldi?

- Belə oyunlarda komanda səbrli oyun nümayiş etdirməlidi. Çünki komanda qol vəziyyətləri yaratmaqda çətinlik çəkir. Bu tip oyunlarda maksimum az top itkisinə yol vermək lazımdı. Ancaq son 10 dəqiqədə açıq oyun getdi.

- Sizcə, "Tottenhem"i Bakıda məğlub etmək olar?

- "Tottenhem" bizimlə ilk oyundan sonra bir xeyli artırıb. Ancaq mümkünsüz heç nə yoxdu. Əlimizdən gələni edəcəyik ki, bu il avrokuboklarda son ev oyunumuzda azarkeşləri sevindirək.